Londonda kritik sammit: Zelenski iki mühüm görüş keçirəcək

Londonda kritik sammit: Zelenski iki mühüm görüş keçirəcək Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyaya səfər edib. O, ölkənin yeni Baş naziri Endi Bernem ilə danışıqlar aparacaq.

News24.az xəbər verir ki, görüşdə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, Qara dənizdə təhlükəsizlik və birgə müdafiə layihələrinin əsas müzakirə mövzuları olacağı gözlənilir.

Britaniya KİV-lərinin məlumatına görə, London Kiyevə Rusiyanın hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini pozmağa imkan verən texnologiya təqdim etməyi planlaşdırır. Tərəflər silah istehsalı sahəsində gələcək əməkdaşlığı da müzakirə edəcəklər.

Zelenskinin Britaniya Baş naziri ilə görüşündən sonra ABŞ Prezidenti Donald Tramp ilə də danışıqlar aparacağı gözlənilir. Görüşdə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün əlavə yardım və Rusiyaya qarşı yeni sanksiyaların müzakirə ediləcəyi bildirilir. (Bild)