Maaşından narazı qalan keçmiş işçi şirkətin vilayətdəki ofisinə ziyan vurub

Maaşından narazı qalan keçmiş işçi şirkətin vilayətdəki ofisinə ziyan vurub Dünya

Az maaşdan narazı qalan istehsalat bazasının keçmiş işçisi Leninqrad vilayətindəki keçmiş ofisində hadisə törədib. 

News24.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə Novopyatnitskoye kəndində baş verib. Yanğın nəticəsində ikimərtəbəli modul tipli binanın fasadı yanıb. Zərər 330 min rubl qiymətləndirilir.

binanın fasadı yanıb. Zərər 330 min rubl qiymətləndirilir.

Hadisə yerində polis bir şüşə alışqan maye tapıb. Faktla bağlı yandırma maddəsi ilə cinayət işi açılıb. Şübhəli dərhal saxlanılaraq təcridxanaya yerləşdirilib.

Ağa Dadaşzadə