Macarıstan parlamenti Prezidentin vəzifədən kənarlaşdırılmasına səs verdi

Macarıstan parlamenti Prezidentin vəzifədən kənarlaşdırılmasına səs verdi Dünya

Macarıstan parlamenti Prezident Tamaş Şuyokun istefasını nəzərdə tutan konstitusiya islahatları paketini təsdiqləyib.

News24.az xəbər verir ki, bu barədə "Telex" məlumat yayıb.

Bildirilib ki, Macarıstanın Baş naziri Peter Madyarın üç həftə əvvəl təqdim etdiyi əsas qanuna olunan düzəlişlər bu gün 139 səslə təsdiqlənib, altı nəfər sənədin əleyhinə səs verib.

Bununla yanaşı, sabiq Baş nazir Viktor Orbanın "Fides" Partiyasının fraksiyası, Xristian Demokrat Xalq Partiyası iclası və səsverməni boykot edib, "Fides" fraksiyasının rəhbəri Qergey Quyaş isə etiraz əlaməti olaraq istefa verib.

İndi Macarıstan Prezidentinin istefa ərizəsini imzalamaq və ya məsələni Konstitusiya Məhkəməsinə göndərmək üçün beş gün vaxtı var.

P.Madyar parlament seçkilərində qələbə qazandıqdan sonra dəfələrlə Prezidenti istefaya çağırıb. (Teleqraf)