Madonnadan İranla bağlı diqqətçəkən paylaşım

Madonnadan İranla bağlı diqqətçəkən paylaşım Dünya

Dünyaca məşhur müğənni Madonna İranda davam edən etiraz aksiyalarına dəstək mesajı paylaşıb.

News24.az xəbər verir ki, o, sosial şəbəkə hesabında etdiyi paylaşımda iranlı etirazçıların yanında olduğunu bildirib və onların əsas azadlıqlardan məhrum edilməsinə diqqət çəkib.

Madonna qeyd edib ki, bir çox insan sərbəst hərəkət etmək, istədiyi kimi geyinmək, fikrini açıq ifadə etmək kimi azadlıqları adi hal kimi qəbul edir. Lakin İran xalqının, xüsusilə qadınların bu hüquqlara sahib olmadığını vurğulayan müğənni bunun ədalətsizlik olduğunu bildirib.

O, paylaşımında İran xalqına dəstək verdiyini, düşüncələrinin və dualarının etirazçılarla birlikdə olduğunu bildirərək İrana azadlıq çağırışı edib.