Magistralda dəhşət: Təyyarə yola endi, avtomobilə çırpıldı - Bu ölkədə
Dünya
ABŞ-nin Florida ştatında mühərrikində nasazlıq yaranan kiçik təyyarə magistral yola məcburi eniş edib və yolda hərəkətdə olan avtomobilə çırpılıb.
News24.az xəbər verir ki, bu barədə Florida Highway Patrol xidməti məlumat yayıb.
Hadisə nəticəsində pilot və təyyarədə olan sərnişin xəsarət almayıb. Avtomobilin 27 yaşlı sürücüsü isə yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Federal Aviasiya Administrasiyası (FAA) hadisə ilə bağlı araşdırmaya başladığını açıqlayıb.