Makron Moldova prezidentinə görün, nə hədiyyə etdi
Dünya
Fransa prezidenti Emmanuel Makron Moldova prezidenti Maya Sanduya təxminən 600 dollar dəyərində qızıl suyuna çəkilmiş diyircəkli qələm hədiyyə edib.
News24.az-ın məlumatına görə, Sandu administrasiyası prezidentin aldığı hədiyyələrlə bağlı təfərrüatları açıqlayıb.
Nəşr bildirir ki, ən bahalı hədiyyə həmin diyircəkli qələm olub. Onun qiyməti 9950 ley təşkil edir. Fransa prezidenti Emmanuel Makron bu hədiyyəni Sanduya Müstəqillik Günü münasibətilə Kişinyova səfəri zamanı təqdim edib.
Ümumilikdə, 2025-ci ilin iyul-sentyabr ayları ərzində Maia Sandu 24 hədiyyə alıb və onların ümumi dəyəri 3 400 dollardan çoxdur.
Aqil Qarayev