Makron özünü uşaq kimi aparır, səbəbkar nənəsidir"
Dünya
Fransa Prezidenti Emmanuel Makron hələ də özünü uşaq kimi aparır və səhvlərini etiraf etməkdə çətinlik çəkir.
News24.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti fransalı yazıçı Ketrin Neyin yeni bioqrafik kitabına istinadən məlumat yayıb.
Yazıçının sözlərinə görə, Makronun xarakterinin formalaşmasında nənəsi Manett və həyat yoldaşı Bricitin mühüm rolu olub. Nənəsi onu ciddi nəzarət altında böyüdüb, kitab və təhsilə yönəldib.
Makronun həyat yoldaşı Bricit isə onun nənəsinin ölümünü hələ də qəbul edə bilmədiyini bildirib. O, prezidentə psixoanaliz kursu keçməyi də tövsiyə edib.
Ketrin Ney hesab edir ki, Makronun həddindən artıq özünəinamı siyasi qərarlarına da təsir göstərir.
Xüsusilə 2024-cü ildə növbədənkənar parlament seçkiləri təyin etməsi onun siyasi mövqelərini zəiflədən addımlardan biri olub.