Makron Trampa qarşı bu addımı atdı
Dünya
Fransa prezidenti Emmanuel Makron Qrenlandiyadakı hərbi kontingenti 14 dəfədən çox artırmağı planlaşdırır və ora ən azı 200 alpin atıcısı göndərməyi nəzərdə tutur.
News24.az xəbər verir ki, bu barədə “Le Canard Enchaîné” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Trampa qarşı çıxmaq məqsədilə Fransa dövlət başçısı 19 yanvar tarixində fövqəladə Müdafiə Şurası iclası çağırıb.
Makron Qrenlandiyaya yaxşı təchiz olunmuş, ən azı 200 hərbçidən ibarət bir dəstənin göndərilməsi barədə qərar verib.
Qeyd edək ki, daha əvvəl KİV-lər Paris tərəfindən adaya 15 hərbçinin göndərildiyini bildirib.