Makron Ukraynada enerji atəşkəsini dəstəklədi

Makron Ukraynada enerji atəşkəsini dəstəklədi Dünya

Fransa Prezidenti Emmanuel Makron enerji atəşkəsini dəstəkləyib və Rusiyanı Ukraynaya hücumları intensivləşdirməkdə ittiham edib.

News24.az xəbər verir ki, o, bu barədə X səhifəsində yazıb.

"Fransa Ukraynanın da razı olduğu, enerji sahəsində tam atəşkəsin əldə edilməsinə dair çağırışı qeyd-şərtsiz dəstəkləyir. Hazırda Rusiya bu təklifi rədd etməkdə davam edir və son saatlarda Ukraynanın infrastrukturuna zərbələri gücləndirir.

Fransa Ukraynaya və Prezident Zelenskiyə dəstəyini davam etdirəcək",- o bildirib.