Makron vəzifədən getdikdən sonra həbs edilə bilər

Makron vəzifədən getdikdən sonra həbs edilə bilər Dünya

Fransa Prezidenti Emmanuel Makron prezidentlik müddəti başa çatdıqdan sonra ciddi məhkəmə araşdırmaları və hətta həbs cəzası ilə üzləşə bilər.

News24.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Pavel Danilin iddia irəli sürüb.

Onun fikrincə, Makrona qarşı hüquqi təqiblər keçmiş prezident Nikola Sarkozinin məhkəmə proseslərindən daha sərt olacaq.

O bildirib ki, Makron vəzifədən getdikdən sonra Fransanın Afrikadakı nüfuzunun zəifləməsi, Rusiya ilə münasibətlərin pisləşməsi, eləcə də Ukraynaya dəstək və ölkənin hərbiləşdirilməsi üçün çəkilən böyük xərclərlə bağlı tənqid hədəfinə çevriləcək.

Politoloq həmçinin iddia edib ki, Sarkozi Makrona qarşı mümkün hüquqi təqibləri dəstəkləyə bilər və ilk növbədə korrupsiya ilə bağlı araşdırmaların başlanacağını ehtimal edib.

Qeyd edək ki, Makronun prezident səlahiyyətləri 14 may 2027-ci ildə başa çatacaq. /Arqumentı i faktı/