Makron Zelenski ilə danışıqlardan sonra Trampa zəng etdi

Makron Zelenski ilə danışıqlardan sonra Trampa zəng etdi Dünya

Fransa Prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampla telefon danışığı aparıb.

News24.az xəbər verir ki, bu barədə LCI telekanalı xəbər verib.

Qeyd olunub ki, danışıq zamanı onlar Rusiya‑Ukrayna müharibəsi ilə mövcud vəziyyəti müzakirə ediblər.

Söhbət Makronun Parisdə Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlarından sonra baş tutub. Yelisey sarayından bildirilib ki, Fransa və ABŞ prezidentləri Ukraynada etibarlı və davamlı sülhün şərtlərini, həmçinin ABŞ-nin vasitəçilik səylərini müzakirə ediblər.

Fransa lideri, eyni zamanda Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işin başa çatdığını deyib və bu məsələdə ABŞ ilə əməkdaşlığa hazır olduğunu ifadə edib.