Makronu "oğurladılar"
Dünya
Fransa prezidenti Emmanuel Makronun mum heykəli oğurlanıb.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, oğurluq Parisin 9-cu səmtindəki məşhur şəxslərin mum heykəllərinin sərgiləndiyi Qrevin Muzeyində baş verib.
İki qadın və bir kişi səhər saatlarında muzeyə daxil olaraq Makronun heykəlini oğurlayıblar.
"Greenpeace" üzvləri olduğu müəyyən edilən şübhəlilər içəri daxil olduqdan sonra özlərini muzey işçisi kimi geyiniblər.
Şübhəlilər heykəli hissələrə bükərək muzeyin təcili çıxışından çıxarıblar.
Onu da qeyd edək ki, əsərin 40 min avro dəyərində olduğu bildirilir.
AFP-nin məlumatına görə, oğurlanan heykəl bu gün Parisdəki Rusiya səfirliyi qarşısında Fransanın Rusiyadan qaz və gübrə idxalına qarşı "Greenpeace" təşkilatının təşkil etdiyi etiraz aksiyası zamanı görünüb.
Etiraz zamanı "Greenpeace" üzvlərinin Emmanuel Makronun mum heykəlini əraziyə apardığı görülüb.
Günel Məlikzadə