Malidə hava limanına hücum: Doqquz nəfər həlak olub, onlarla yaralı var - VİDEO

Malidə hava limanına hücum: Doqquz nəfər həlak olub, onlarla yaralı var - VİDEO Dünya
Malidə terrorçu qruplaşmanın üzvləri ölkənin hərbi hava qüvvələrinin də yerləşdiyi hava limanının ərazisinə hücum ediblər.

Məlumatı Malinin hərbi komandanlığı da təsdiqləyib.

Bildirilir ki, hava limanı ölkənin mərkəzi hissəsində - Sevare şəhəri yaxınlığında yerləşir. Hücum zamanı doqquz nəfərin həlak olduğu, 60-a yaxın insanın yaralandığı bildirilir.

Artıq silahlı qruplaşmanın hücumunun dəf edildiyi və hava limanın ərazisində vəziyyətin hakimiyyət ordusunun nəzarəti altında olduğu qeyd edilib.