Maori kralı ürək əməliyyatından sonra ÖLDÜ

Maori kralı ürək əməliyyatından sonra ÖLDÜ Dünya


Yeni Zelandiyanın Maori kralı VII Tuheitia Paki Te Ferofero 69 yaşında vəfat edib.

News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə RNZ onun ofisinə istinadən məlumat yayıb.

Açıqlamada kralın cümə günü səhər, həyat yoldaşı Makau Arika və uşaqlarının əhatəsində ürək əməliyyatından sonra xəstəxanada olarkən vəfat etdiyi bildirilir.

Kralın cənazəsi Taupiri dağında dəfn edilməzdən əvvəl Şimal adasındakı Nqaruavahiadakı iqamətgahında beş gün qalacaq.

Baş nazir Kristofer Lakson və keçmiş baş nazir Casinda Ardern itki ilə bağlı başsağlığı verib.

Maori kral hərəkatı 1850-ci illərdə Yeni Zelandiyanın yerli əhalisini birləşdirmək üçün yaranıb. Tuheitia 21 avqust 2006-cı ildə taclanıb. Onun rolu qanunda göstərilməsə də, Maori kralı ölkənin ictimai həyatında mühüm rol oynayır.