Maradona heykəli, Messi rəsmləri, mini stadion... Bu ev hamını heyrətləndirir – FOTOLAR

Maradona heykəli, Messi rəsmləri, mini stadion... Bu ev hamını heyrətləndirir – FOTOLAR Dünya

Çexiyanın Bukovka kəndində, Praqadan təxminən 90 kilometr aralıda yerləşən bir ev görünüşü ilə diqqət çəkir. Evin fasadı Argentina milli komandasının rənglərinə boyanıb, hasarı Lionel Messinin təsvir olunduğu bannerlərlə bəzədilib, həyətdə Dieqo Maradonanın heykəli ucaldılıb, bağda isə kiçik futbol meydançası salınıb.

News24.az xəbər verir ki, bu qeyri-adi evin sahibi, 51 yaşlı Miloslav Urbanets 1978-ci ildən – Argentina ilk dəfə dünya çempionu olandan bəri bu komandaya azarkeşlik edir.

Qətərdə keçirilən 2022-ci il dünya çempionatından sonra Urbanets bütün mülkünü Argentina futboluna həsr olunmuş bir növ abidəyə çevirmək qərarına gəlib.

Hazırda evin divarında Lionel Messi, baş məşqçi Lionel Skaloni, Pablo Aymer, Valter Samuel və Argentina millisinin bütün üzvlərinin, o cümlədən ehtiyat oyunçuların təsvirləri yer alır.

Bağda isə Buenos-Ayresdə yerləşən məşhur "La Bombonera" stadionunun kiçik modeli inşa edilib.

Hazırda Miloslav Urbanets dünya çempionatının finalını səbirsizliklə gözləyir. O, Argentinanın İspaniya üzərində qələbə qazanaraq 60 ildən artıq müddətdən sonra dünya çempionu titulunu qoruya bilən ilk komanda olacağına ümid edir. (Bild)

Maradona heykəli, Messi rəsmləri, mini stadion... Bu ev hamını heyrətləndirir – FOTOLAR Maradona heykəli, Messi rəsmləri, mini stadion... Bu ev hamını heyrətləndirir – FOTOLAR Maradona heykəli, Messi rəsmləri, mini stadion... Bu ev hamını heyrətləndirir – FOTOLAR