“Marburg” virusundan daha 2 nəfər öldü

“Marburg” virusundan daha 2 nəfər öldü Dünya
Ümumdünya Səhiyyə Təşkilatı daha 2 nəfərin “Ebola” virusuna bənzər virusdan öldüyünü açıqlayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, virus “Marburg” adı ilə tanınır. İshal, qızdırma, ürəkbulanma və qusma kimi simptomlara malikdir. Qərbi Afrikada ilk dəfə 2021-ci ildə aşkarlanıb. Vaksin və xüsusi müalicəsi mövcud deyil. Ölüm halları yüzdə doxsanadək qalxa bilir.
Virus ilk dəfə 1967-ci ildə Almaniyanın Marburg şəhərindəki laboratoriyada aşkarlanıb. 

Vüsalə Babaşova