Marneulidə azərbaycanlı merin qardaşı azadlığa buraxıldı

Marneulidə azərbaycanlı merin qardaşı azadlığa buraxıldı Dünya

Gürcüstanda Marneuli meri Daur İsmayılovun qardaşı, qrup halında törədilmiş zorakılıqda ittiham olunan Kənan İsmayılov azadlığa buraxılıb.

News24.az xəbər verir ki, bu barədə “TVPirveli” məlumat yayıb.

Qeyd edək ki, Kənan İsmayılova Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsinin ikinci hissəsi ilə ittiham irəli sürülmüşdü. Həmin maddə 3 ildən 5 ilədək həbs cəzasını nəzərdə tutur.

O, bu il aprelin 7-də saxlanılıb.

İstintaqın versiyasına görə, o, Marneulidə maskalı şəxslərlə birlikdə bir iş adamına hücum edərək onu fiziki zorakılığa məruz qoyub.

İş materiallarına əsasən, qarşıdurmanın arxasında biznes maraqları dayanıb.

Həmin vaxt yerli sakinlər İsmayılovların ətrafının çörəyin qiymətini süni şəkildə artırmağa çalışdığını və digər sahibkarlara da təzyiq göstərdiyini bildirirdilər.

Bu tələblərə tabe olmayan iş adamlarından biri hücuma məruz qalıb.