Azyaşlı nəvəsini ərə vermək istəyən nənə saxlanıldı - VİDEO
Dünya
Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları Marneulidə nikaha məcbur etmə ittihamı ilə azyaşlının nənəsini saxlayıblar.
News24.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs azyaşlı nəvəsini gender ayrı-seçkiliyi zəminində, dözümsüzlük motivi ilə, onun iradəsinə zidd olaraq həmkəndlisi olan kişi ilə evlənməyə məcbur edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində qadını təqsirləndirilən şəxs qismində saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 150-ci prima maddəsi ilə istintaq aparılır.
Bu maddə 4 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.