Marsda qədim sivilizasiyanın izləri aşkarlandı
Dünya
Ufoloq Skott Uorinq Marsda qədim sivilizasiyanın izlərini aşkarladığını iddia edib.
News24.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb.
Ufoloq iyun ayında “Curiosity” roveri tərəfindən çəkilmiş şəkilə diqqət yetirib.
Fotoda böyük bir qaya parçasında düzbucaqlı dəliyi xatırladan formanın göründüyünü bildirən Uorinq bunun əslində gildən tikilmiş qədim tikili olduğunu iddia edib.
Onun sözlərinə görə, bu tikililər qədim insanların Yer üzündə inşa etdiklərinə bənzəyir.
"Onlar çox qədim zamanlarda Yer üzündə olublar və bundan da əvvəl Marsda yaşayıblar", – deyə ufoloq iddia edib.
NASA Uorinqin son açıqlamasını şərh etməyib.
Lakin agentlik 2022-ci ildə Marsdakı Şarp dağı üzərindəki təpədə təbii şəkildə yaranmış bir neçə açıq çatın mövcud olduğunu bildirib.
Onlardan biri təxminən 30 santimetr hündürlüyündə və 40 santimetr enindədir. Qurum nümayəndələri vurğulayıblar ki, bu cür çatlara Yer süxurlarında da rast gəlinir.
Daha sonra Uorinq bildirib ki, “Curiosity”-nin çəkdiyi fotodakı quruluşun ağıllı canlılar tərəfindən yaradıldığına 100 faiz əmindir.