"Maşa və Ayı" Rusiya-Ukrayna gərginliyini artırdı

"Maşa və Ayı" Rusiya-Ukrayna gərginliyini artırdı Dünya

Ukrayna lideri Vladimir Zelenski məşhur «Maşa və Ayı» cizgi serialının yaradıcılarına qarşı sanksiyalar tətbiq edib.

News24.az xəbər verir ki, müvafiq sənəd Ukrayna prezidentinin saytında dərc olunub.

Bildirilib ki, sanksiyalar cizgi serialını istehsal edən “Animakkord” studiyasına və prodüser Dmitri Loveykoya qarşı tətbiq edilib.

Məhdudiyyətlər arasında cizgi filminin Ukrayna ərazisində nümayişinə qadağa qoyulması da var.

Məsələyə Rusiya Xarici İşlər Nazirliyi də münasibət bildirib.

Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova Zelenskinin bu addımına belə reaksiya verib: “Görünür, Zelenski cəbhədəki vəziyyəti yalnız bu yolla dəyişməyin mümkün olduğunu düşünür".