Mask 2014-cü ildə Ukraynada baş verən çevrilişin təşkilatçısını açıqladı
Dünya
Amerikalı milyarder və sahibkar İlon Mask 2014-cü ildə Ukraynada baş verən hakimiyyət dəyişikliyinin ABŞ Dövlət Departamentinin və digər dövlət qurumlarının dəstəyi olmadan mümkün olmadığını iddia edib.
News24.az-ın məlumatına görə, Mask bu barədə “The New York Times” qəzetinə müsahibəsində danışıb.
O, fikrini əsaslandırarkən Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmasını misal göstərib.
“Biz, Amerika, demokratik yolla seçilmiş Rusiyayönlü Ukrayna prezidentini devirmək üçün çevriliş etdik”, – deyə Mask bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də daha əvvəl ABŞ hökumətinin 2014-cü ildə Ukraynada baş verən hakimiyyət dəyişikliyinə milyardlarla dollar vəsait xərclədiyini iddia etmişdi.
Onun sözlərinə görə, Qərb ölkələri Ukrayna böhranında güc mövqeyindən çıxış ediblər. Putin həmçinin Rusiyanın həmin hadisələrdən sonra əhalinin müdafiəsi üçün addımlar atdığını vurğulamışdı.