Mask seçkilərə görə 420 milyard itirdi
Dünya
ABŞ-də keçirilən aralıq seçkilərdən sonra iş adamı İlon Maska məxsus “Tesla” və “SpaceX” şirkətlərinin səhmləri müvafiq olaraq təxminən 11% və 9% ucuzlaşıb.
News24.az xəbər verir ki, şirkətlərin ümumi bazar dəyəri itkisi 420 milyard dolları ötüb.
İnvestorlar Demokratların seçkilərdəki qələbəsindən sonra Maskın konqresdə araşdırmalarla üzləşə biləcəyindən, onun şirkətlərinin isə daha sərt tənzimləmələrə məruz qalacağından ehtiyat edirlər.
Mask son seçkilərdə Respublikaçıların ən böyük maliyyə dəstəkçisi olub.
Onun ianələrinin məbləği 470 milyon dolları ötüb. Bununla belə, dəstəklədiyi namizədlərin əksəriyyəti seçkilərdə məğlub olub. İş adamı buna zarafatla reaksiya verərək lazerlərinin səsvermənin nəticələrinə təsir göstərə bilmədiyini bildirib.