Mask Tesla üçün 500 min ağac kəsdirdi
Dünya
Bir müddətdir iqlim fəallarının və ekoloqların hədəfində olan İlon Mask Almaniyada fabrik tikintisi zamanı məhv etdiyi ağaclara görə yenidən tənqidlərin mərkəzindədir.
News24.az xəbər verir ki, peyk analizlərinə görə, Berlin yaxınlığında Tesla zavodunun tikintisi zamanı təxminən 500 min ağac kəsilib.
Peyk görüntüləri təxminən 329 hektar meşənin kəsildiyini göstərib. Bu, təxminən 500 min ağaca bərabərdir.
Qeyd edək ki, Almaniyada fabrik tikilməsi mübahisələrə və etirazlara səbəb olub.
Məryəm İlhamqızı