“Matrisa”-nın 5-ci hissə bu tarixdə yayımlanacaq

“Matrisa”-nın 5-ci hissə bu tarixdə yayımlanacaq Dünya

“Warner Bros. Discovery” studiyası “Matrisa” filminin beşinci hissəsi üzərində işlərin fəal şəkildə davam etdiyini və premyeranın 2027-ci ildən sonra planlaşdırıldığını açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə “Collider” məlumat yayıb.

Filmin ssenarisi Dryu Qoddard tərəfindən yazılır.

Hələlik aktyor heyəti və süjet barədə məlumat açıqlanmır.

Qeyd edək ki, ilk “Matrisa” filminin premyerası 1999-cu ildə baş tutub.

Film Neo obrazını canlandıran Kianu Rivzin karyerasında mühüm mərhələyə çevrilib.

İndiyədək ümumilikdə dörd film ekranlara çıxıb: “Matrisa” (1999), “Matrisa: Yenidən yüklənmə” (2003), “Matrisa: İnqilab” (2003) və “Matrisa: Diriliş” (2021).