Maxaçov döyüşlərdən kənarlaşdırıldı

Maxaçov döyüşlərdən kənarlaşdırıldı Dünya

Rusiyalı döyüşçü, UFC-nin yarımağır çəki dərəcəsində çempionu İslam Maxaçov döyüşlərdən kənarlaşdırılıb.

News24.az xəbər verir ki, bu barədə ABŞ-nin Pensilvaniya ştatının Atletika Komissiyası qərar verib.

Maxaçov qabırğasından aldığı ciddi zədə səbəbindən 30 gün müddətinə döyüşlərdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, avqustun 16-na keçən gecə Maxaçov UFC 330 turnirinin əsas döyüşündə irlandiyalı İen Qerrini məğlub edib.

Yarımağır çəki dərəcəsində çempionluq kəməri uğrunda keçirilən qarşılaşma beş raund davam edib və rusiyalı idmançının qələbəsi ilə başa çatıb.