Mayamidə təyyarə qəzaya uğradı: 5 ölü, 5 yaralı
Dünya
ABŞ-nin Florida ştatında yerləşən Mayami Beynəlxalq Hava Limanında “Amazon Prime Air”-ə məxsus yük təyyarəsi uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.
News24.az xəbər verir ki, hadisə nəticəsində azı 5 nəfər ölüb, daha 5 nəfər yaralanıb.
Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, “Boeing 767-300” tipli yük təyyarəsi Puerto-Rikonun San-Xuan şəhərindən Mayamiyə uçub.
Təyyarə eniş zamanı uçuş-enmə zolağını keçərək hava limanının ərazisindəki bir neçə avtomobilə çırpılıb. Bundan sonra təyyarədə yanğın başlayıb.
Hadisə yerinə 60-dan çox yanğınsöndürmə və xilasetmə briqadası, ümumilikdə 200-dən çox əməkdaş cəlb olunub.
Hadisənin dəqiq səbəbi hələlik məlum deyil.