Mədinədə qəza oldu, 45 zəvvar yanaraq öldü
Dünya
Səudiyyə Ərəbistanının Mədinə şəhəri yaxınlığında ümrə ziyarətçilərini daşıyan avtobus yanacaq tankerinə çırpılaraq alışıb. 45 nəfər zəvvar həyatını itirib.
News24.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə zamanı avtobusda 46 zəvvar olub. Onlardan yalnız biri xilas ola bilib.
Ölənlərdən 42-nin Hindistan vətəndaşı olduğu bildirilir. Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Avtobusun yanması səbəbilə meyitlərin kimlərə məxsus olduğunu müəyyən etmək çətinləşib.
Faciə ilə əlaqədar Hindistanın Baş naziri Narendra Modi “X” hesabında paylaşım edərək həlak olanların ailələrinə başsağlığı verib.