Medvedevdən Paşinyana: "Görünür, o bizi axmaq hesab edir"
Dünya
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyayla münasibətləri kəsmək kursu götürüb.
News24.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.
Medvedevin fikrincə, Paşinyana Qərbdə nüfuz qazanmaq Rusiyayla olan əlaqələri riskə atmaq hesabına daha sərfəli görünür.
“Görünür, o, bizi axmaq hesab edir. O, koordinasiyada səhv ciddi səhvə yol verib və ölkəsi üçün son dərəcə təhlükəli kurs aparır... Düşünün ki, bu spesifik insanın hərəkətləri nəticəsində Ermənistan Rusiya bazarını, bütün Aİİ-ni və onilliklər ərzində qurulmuş iqtisadi əlaqələrini itirəcək, erməni xalqı uduzacaq,” — deyə o əlavə edib.
Medvedev xatırladıb ki, Paşinyanın kursu İrəvanın Rusiya qazını Avropa qiymətləri ilə almağa məcbur olmasına gətirib çıxara bilər ki, bu da hazırkı tariflərdən üç dəfə bahadır.