Medvedyevdən Trampa kinayəli CAVAB

Medvedyevdən Trampa kinayəli CAVAB Dünya

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın “Tomaqavk” raketləri ilə bağlı sualına istehza ilə cavab verib. 

News24.az xəbər verir ki, siyasətçinin fikirləri onun “Max” kanalında paylaşılıb.

Amerika prezidenti “Tomaqavk” raketləri Ukraynaya çatdırılacağı təqdirdə Kiyevin onlardan necə istifadə etməyi planlaşdırdığını soruşub.

Medvedev isə bu suala kinayə ilə "Onların nə edəcəyi bəllidir: Parisi, Berlini və Varşavanı vuracaqlar. Bunu hətta ABŞ prezidenti də başa düşməlidir" deyə cavab verib.

Siyasətçi əlavə edib ki, Tramp Nobel Sülh Mükafatına doğru Vaşinqtonun keçmiş prezidenti Co Baydenin yolu ilə getmək niyyətindədir.