Məhbuslar həbsxananı ələ keçirdi - Bu ölkədə

Məhbuslar həbsxananı ələ keçirdi - Bu ölkədə Dünya

Venesuelanın Barinas ştatında məhbusların cəzaçəkmə müəssisəsinin ərazisinə nəzarəti ələ keçirərək tətil elan etdiyi bildirilir.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuela Həbsxanalarının Monitorinqi Mərkəzi adlı qeyri-hökumət təşkilatı məlumat yayıb.

Hüquq müdafiəçilərinin məlumatına görə, mayın 24-də INJUBA həbsxanasında saxlanılan 1300-dən çox məhbus, o cümlədən qadınlar etiraza başlayıb.

Məhbusların iddiasına əsasən, müəssisəyə yeni direktor təyin olunduqdan sonra sərt yoxlamaların sayı artıb.

Onların sözlərinə görə, axtarışlar zamanı şəxsi əşyalar qəsdən məhv edilib, 120-dən çox şəxs isə cərimə təcridxanasına yerləşdirilib.

Məhbuslar həmçinin müəssisədə mütəmadi döyülmə və işgəncə halları ilə üzləşdiklərini iddia ediblər.

Həbsxanaların Monitorinqi Mərkəzi mümkün nəticələrə görə məsuliyyətin penitensiar sistem üzrə nazir Xulio Qarsiya Serpanın üzərinə düşdüyünü bildirib.

Venesuela hakimiyyəti isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.