Məhkəmədən tanrı kimi tanınmasını tələb etdi, - 123 min dollar cərimələndi

Məhkəmədən tanrı kimi tanınmasını tələb etdi, - 123 min dollar cərimələndi Dünya
Hindistanın Ali Məhkəməsi Hinduizmin ali tanrısı Paramatma kimi tanınması üçün iddia qaldıran Upendra Nath Dalayı 123 min dollar cərimələyib.

News24.az xəbər verir ki, hakim kişinin tələbinə məhəl qoymayıb. Ona yazılan cəriməyə səbəb isə tanrı olduğunu açıq şəkildə səsləndirməsi olub. 

Cəzanın əməli təkrarlamaq istəyən başqa şəxslərə nümunə olacağını vurğulanıb.

Bildirilir ki, həmin şəxs bir ay ərzində külli miqdarda cərimə ödəməyə borcludur. /Hindustan Times/

Teymur Məmmədov