Məhkəməyə silah və bıçaqla gəldi, özü güllələndi
Dünya
ABŞ-nin Tennessi ştatının Neşvill şəhərində məhkəmə binasının mühafizəçisi binaya tapança və bıçaqla hücum edən kişini güllələyib.
News24.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Bildirilib ki, həmin şəxs tapançadan atəş açmağa cəhd edib, lakin buna nail ola bilməyib.
Daha sonra o, nəzarət-buraxılış məntəqəsində bıçaq çıxarıb və mühafizəçi ilə onun arasında qarşıdurma yaranıb.
Polis nümayəndəsinin sözlərinə görə, mühafizəçi silahlı şəxsə atəş açıb.
40 yaşlı kişi xəstəxanaya çatdırılıb, lakin orada aldığı xəsarətlərdən ölüb.