Meksikada güclü zəlzələ
Dünya
Meksikanın cənubunda 5 maqnitudalı zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri təxminən 202 min nəfər əhalisi olan Tapaçula şəhərindən 17 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağının isə 80 kilometr dərinlikdə olduğu bildirilib.
Hazırda təbii fəlakət nəticəsində ölən, yaralanan və ya dağıntıların olması ilə bağlı rəsmi məlumat açıqlanmayıb. Aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.