Meksikada güclü zəlzələ oldu
Dünya
Meksikada 5,7 maqnitudalı zəlzələ baş verib.
News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Çyapas ştatında qeydə alınıb.
Zəlzələ 200 mindən çox insanın yaşadığı Tapaçula şəhərindən 122 km cənub-qərbdə baş verib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.