Meksikada güclü zəlzələ oldu

Meksikada güclü zəlzələ oldu Dünya

Meksikanın qərb sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, zəlzələnin episentri Meksikanın təxminən 68.000 əhalisi olan Kabo San Lukas şəhərindən 348 km cənubda, ocağı isə 10 km dərinlikdə yerləşib.

Hələlik tələfat və ya dağıntı barədə məlumat verilməyib.