Meksikada polislə silahlı dəstə arasında toqquşma oldu, - 11 nəfər öldü

Meksikada polislə silahlı dəstə arasında toqquşma oldu, - 11 nəfər öldü Dünya
Meksika polisi Meksika əyalətinin Tekskaltitlan qəsəbəsində bir dəstəyə qarşı əməliyyat keçirib . 

Dəstə üzvlərinin ağır silahlarla cavab verməsindən sonra başlayan qarşıdurmada 11 dəstə üzvü öldürülüb, 4-ü yaralanıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, polis 7 dəstə üzvünü saxlayıb, əməliyyat zamanı 3 polis yaralanıb.

Dəstə üzvlərindən 20 uzunlüləli silah, çoxlu patron, gülləkeçirməz jiletlər və müxtəlif rabitə vasitələri götürülüb.