Məktəb atışmasında ChatGPT ittihamı: OpenAI məhkəməyə verildi
Dünya
Kanadanın Britaniya Kolumbiyası əyaləti məktəbdə atışma törədən şəxsin ChatGPT ilə yazışmalarını polisə bildirmədiyi iddiası ilə OpenAI şirkətini məhkəməyə verib.
News24.az-ın məlumatına görə, əyalətin Baş Prokuroru Niki Şarma bildirib ki, hücum edən 18 yaşlı şəxsin ChatGPT ilə yazışmaları narahatedici olub. Lakin bu məlumatların polisə verilmədiyi iddia edilir.
Fevralın 11-də Tumbler Ridge məktəbində baş verən atışmada 9 nəfər ölüb, 27 nəfər yaralanıb.
OpenAI-nin baş direktoru Sem Altman isə yazışmaların polisə daha əvvəl bildirilməməsinə görə üzr istəyib.