Məktəbə silahlı hücum edildi: Ölən və yaralananlar var - Bu ölkədə
Dünya
Tailandın Nontxaburi əyalətində yerləşən məktəbdə silahlı hücum edilib.
News24.az xəbər verir ki, səhər saatlarında baş verən hücum nəticəsində iki müəllim həlak olub, 20-yə yaxın insan yaralanıb.
Şagirdlər, müəllimlər və məktəbin digər əməkdaşları təxliyə edilib.
Təhsil müəssisəsinin ətrafı hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb.
İlkin məlumata görə, yaralılardan üçü sinə nahiyəsindən aldığı güllə yaraları səbəbindən ağır vəziyyətdədir.
Hüquq-mühafizə orqanları silahlı hücumu törədən şəxsin axtarışını davam etdirir.
İlkin araşdırmaya görə, nəticələrinə hücumu azyaşlı şəxs törədib.