Məktəblərdə telefonlar qadağan edilir - Bu ölkədə
Dünya
İsveçdə yeni tədris ilindən etibarən bütün ibtidai və orta məktəblərdə mobil telefonların istifadəsi qadağan olunacaq.
News24.az-ın məlumatına görə, qərarın məqsədi şagirdlərin ekran qarşısında keçirdiyi vaxtı azaltmaq və dərslərə diqqəti artırmaqdır. Bu addım həm də məktəblərdə rəqəmsal cihazlardan istifadənin ümumi şəkildə məhdudlaşdırılması siyasətinin bir hissəsidir.
Rəsmilər bildirirlər ki, son illərdə uşaqlar arasında oxu vərdişlərinin artırılması və ənənəvi tədris üsullarına üstünlük verilməsi prioritet istiqamətə çevrilib.
Şagirdlər də telefonların diqqəti yayındırdığını, qadağanın dərslərə fokuslanmağa kömək etdiyini qeyd ediblər.