Məktəbli qız bədən tərbiyəsi dərsində öldü

Məktəbli qız bədən tərbiyəsi dərsində öldü Dünya

Rusiyanın Nijni Novqorod vilayətində məktəbli qız bədən tərbiyəsi dərsi zamanı vəfat edib.

News24.az xəbər verir ki, şagird isinmə hərəkətləri və yüngül qaçış zamanı özünü pis hiss edərək qəfildən huşunu itirib.

Məktəbin tibb bacısı qıza ilkin yardım göstərib. Hadisə yerinə çağırılan təcili tibbi yardım 7 dəqiqə sonra məktəbə çatıb. Həkimlərin səylərinə baxmayaraq, məktəblinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə araşdırma aparılır.