Melaniya Çin səfərində Donald Trampı müşayiət etmir

Melaniya Çin səfərində Donald Trampı müşayiət etmir Dünya

ABŞ-nin birinci xanımı Melaniya Tramp Çin səfərində həyat yoldaşını müşayiət etmir.

News24.az “South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, Melaniya Trampın ofisi ABŞ-nin birinci xanımının bu dəfə səfərə qatılmadığını açıqlayıb.

Ağ Ev bildirib ki, Trampı səfərdə oğlu Erik və gəlini Lara Tramp müşayiət edir.

Səfərdə ABŞ administrasiyasının yüksək vəzifəli şəxsləri və bir sıra iri şirkətlərin nümayəndələri də iştirak edirlər.