"Melissa" qasırğası: Yamaykada ölü sayı artdı

"Melissa" qasırğası: Yamaykada ölü sayı artdı Dünya

Yamaykada “Melissa” qasırğası nəticəsində həyatını itirənlərin sayı 45-ə yüksəlib. Ölü sayının artacağı istisna edilmir.

News24.az xəbər verir ki, bu barədə məlumatı Yamayka Fövqəladə Halların İdarəolunması Ofisinin rəsmiləri açıqlayıb.

Məlumata görə, oktyabr ayının sonundan bəri təsirini göstərən “Melissa” qasırğası səbəbindən 15 nəfər hələ də itkin sayılır.

Rəsmilər bildiriblər ki, bəzi bölgələrə hələ də yalnız helikopterlərlə ərzaq yardımı çatdırıla bilir. Hazırda 1100 nəfər sığınacaqlarda qalır.

Şiddətinə görə ən təhlükəli – 5-ci kateqoriya səviyyəsinə yüksələn “Melissa” qasırğası Yamayka ilə yanaşı, Haiti və Kubada da ciddi fəsadlara səbəb olub.

Təbii fəlakətin Yamaykaya vurduğu zərərin həcmi 6 milyard ABŞ dollarını ötüb.