"Məni daha diktator adlandırmırlar" - Lukaşenko
Dünya
“Məni diktator adlandırdıqları dövr artıq geridə qalıb”.
News24.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Bu dövr artıq keçib. Bəli, mən Avropa dövlətlərinin, o cümlədən aparıcı ölkələrin rəhbərləri ilə üz-üzə görüşmürəm. Lakin onlarla ya nümayəndələri vasitəsilə, ya da birbaşa özləri ilə danışıram. Məsələn, bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makronla telefonla danışmışam”, – deyə o, bildirib.
Lukaşenko əlavə edib ki, Avropa liderlərindən heç biri onu diktator adlandırmır, çünki onun sözlərinə görə, bu cür ifadələr artıq gülünc görünür. / Al Arabiya /