Mərkəzi Seçki Komissiyası Paşinyanla bağlı qərar verdi
Dünya
Ermənistan Mərkəzi Seçki Komissiyası “Güclü Ermənistan” blokunun nümayəndəsi Aram Vardevanyanın baş nazir Nikol Paşinyanla bağlı şikayətini rədd edib.
News24.az xəbər verir ki, komissiya seçkiqabağı görüşlər zamanı Paşinyanın rəqiblərinə ünvanladığı “sındırmaq”, “diz çökdürmək” və “sıxışdırmaq” kimi ifadələrdə cinayət tərkibi müəyyən etməyib.
Qurumun qənaətinə görə, hakim partiya liderinin səsləndirdiyi fikirlər səbir və siyasi korrektlik baxımından tam uyğun hesab edilməsə də, onlar psixoloji, fiziki və ya dini zorakılıq xarakterli təzyiq və məcburetmə kimi qiymətləndirilmir. /Sputnik Ermənistan/