Meşə yanğınları məşhur aktyorun evinə çatdı
Dünya
Amerikalı aktyor Corc Kluni və həyat yoldaşı Amal Kluni Fransanın cənubundakı Var departamentinin Brinyol şəhərində yerləşən evlərini meşə yanğınları səbəbindən tərk etməli olublar.
News24.az xəbər verir ki, bu barədə “CNews” telekanalı məlumat yayıb.
Məlumata görə, cütlük həmin evdə övladları ilə birlikdə yaşayır.
Qeyd edək ki, iyulun 29-u axşam saatlarında Brinyolun cənub-şərqində başlayan və təxminən 100 hektar ərazini əhatə edən yeni yanğın səbəbindən Var departamentində 600-dən çox sakin təxliyə edilib.
Yanğının söndürülməsinə 270 yanğınsöndürən, 70 yerüstü texnika və 4 helikopter cəlb olunub. Yanğınla mübarizə zamanı 3 yanğınsöndürən xəsarət alıb.