Məşhur milyarder təyyarə qəzasında - ÖLDÜ

Məşhur milyarder təyyarə qəzasında - ÖLDÜ Dünya

Hindistanlı milyarder iş adamı Harpal Randhava Zimbabvedə təyyarə qəzası nəticəsində ölüb.

News24.az xəbər verir ki, qəza nəticəsində Randhava və oğlu da daxil olmaqla ümumilikdə 6 nəfər ölüb.

Bildirilib ki, Harare-Mureva reysi davam edərkən təyyarədə texniki nasazlıqlar yaranıb və nəticədə qəza baş verib.

Təyyarədə olanların hamısı ölüb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Aydan