Tarkan dünyanı ayağa qalxmağa - ÇAĞIRDI-FOTO

Tarkan dünyanı ayağa qalxmağa - ÇAĞIRDI-FOTO Dünya

Türkiyənin məşhur müğənnisi Tarkan İsrailin dünən Qəzzada bombaladığı xəstəxana ilə bağlı paylaşım edib.

News24.az xəbər verir ki, Tarkan bu paylaşımı instagram hesabında edib.

Paylaşımda deyilir:

 “Günahsız və mülki insanların hədəf alınması, uşaq və qadınların öldürülməsi qəbuledilməzdir. Bu, sadəcə olaraq müharibə deyil, insanlığa qarşı cinayətdir. Bu vəhşiliyi və zülmü dayandırmaq üçün bütün dünya ayağa qalxmalıdır”- deyə, müğənni paylaşımını sonlandırıb.

Ülkər Abdurahmanmlı