Məşhur aeroporta Trampın adı verildi

Məşhur aeroporta Trampın adı verildi Dünya

ABŞ Prezidenti Donald Trampın Floridada Mar-a-Laqo iqamətgahından bir neçə kilometr məsafədə yerləşən Palm-Biç Beynəlxalq Hava Limanının adı dəyişdirilib.

News24.az xəbər verir ki, iyulun 9-dan etibarən hava limanı “Prezident Donald C. Tramp adına Beynəlxalq Hava Limanı” adlanır.

Bundan əlavə, avqustun 18-dən hava limanının Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) üzrə kodu da dəyişəcək. Hazırda istifadə olunan PBI kodunun əvəzinə ABŞ prezidentinin adının baş hərflərinə uyğun olaraq DJT kodu tətbiq ediləcək.