Məşhur aktrisa 77 yaşında vəfat etdi
Dünya
Məşhur amerikalı aktrisa Enn Şedin 77 yaşında vəfat edib.
News24.az xəbər verir ki, Enn Şedin 1980-ci illərin sonlarında yayımlanan məşhur “Alf” sitkomunda ailənin anası Keyt Tanner rolunu canlandırması ilə tanınıb.
Onun ölümü barədə məlumat rəsmi “Facebook” səhifəsində verilib.
Aktrisanın ölüm səbəbi isə açıqlanmayıb. /Vedomosti/