Məşhur aktrisa doqquzuncu dəfə əməliyyat olunacaq

Məşhur aktrisa doqquzuncu dəfə əməliyyat olunacaq Dünya

Türkiyəli aktrisa Aslı Bekiroğlu səhhətində yaranan problemlərlə əlaqədar doqquzuncu dəfə əməliyyat olunacağını bildirib.

News24.az xəbər verir ki, daha əvvəl uşaqlıq miomasının götürülməsi zamanı bağırsağında yaranan ağır zədəyə görə bir neçə dəfə əməliyyat keçirən aktrisa sağlamlıq vəziyyəti ilə bağlı yeni paylaşım edib.

Bekiroğlu sosial şəbəkə hesabında növbəti əməliyyata hazırlaşdığını açıqlayaraq, bu münasibətlə yaxınlarının onun üçün kiçik sürpriz təşkil etdiyini bildirib.

Aktrisa daha əvvəl səkkizinci əməliyyatından sonra xəstəxanadan paylaşım edərək "Ümid edirəm ki, bu, sonuncudur" sözlərini yazmışdı.

Qeyd edək ki, Aslı Bekiroğlu bundan əvvəl xəstəliyi səbəbindən bədənində yaranan dəyişikliklərin psixoloji cəhətdən ona ağır təsir etdiyini də etiraf etmişdi.